"Qarabağ"ın əsas üzvlərindən olan Abdulla Zubir komandadan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, bu məlumatı Qurban Qurbanov açıqlayıb. Azərbaycan Kubokunun finalında "Zirə"ni 2:1 hesabı ilə məğlub edən "köhlən atlar"ın çalışdırıcısı "CBC Sport"a bunları söyləyib:

"Düzünü desəm, Zubir ilə ümumi danışıqlarımız olub, amma hələ yekun heç bir qərar yoxdur. Çox istəyərdik ki, komandada qalsın. Onu da başa düşürəm. Gələcəklə bağlı öz düşüncələri ola bilər ki, komandadan ayrılsın. Ancaq ümumən Zubir də burda çox qalmaq istəyir. Sadəcə, hələ qəti qərar verməyib. Yəqin ki, qarşıdakı günlərdə dəqiq bilinəcək”.

Qeyd edək ki, Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir. 32 yaşlı vingerlə bir neçə xarici klubun maraqlanır.